Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:44

İsrailə minomyot zərbələri endirilib


Baş nazir Olmert Fələstin döyüşçülərinə layiqli cavab veriləcəyini deyib

Baş nazir Olmert Fələstin döyüşçülərinə layiqli cavab veriləcəyini deyib

Qəzza sektorundan İsrailin cənubuna endirilən yeni minomyot zərbələri nəticəsində azı 2 nəfər yaralanıb. Onlardan 1-i hərbçidir. Bu, İsrailin Qəzzadakı hərbi əməliyyatlarından sonra ilk belə qanlı hadisədir.
İsrailin baş naziri Ehud Olmert Fələstin döyüşçülərinin hücumlarının təkrarlanacağı təqdirdə onları layiqli cavab alacaqları ilə hədələyib. Az əvvəlki məlumatlara görə, İsrail Qəzzaya cavab zərbələri endirib. Yaralılar və ölənlər haqda məlumat yoxdur.

Fələstin prezidenti Mahmud Abbas bəyan edib ki, nə qədər ki HƏMAS Fələstin Azadlıq Təşkilatını Fələstin xalqının vahid təmsilçisi kimi tanımır, onun nümayəndələri ilə danışıqlar aparmayacaq.

HƏMAS isə Fələstin Azadlıq Təşkilatına alternativ olan başqa bir ümumfələstin təşkilatı yaratmağın zəruri olduğunu bildirib. 2007-ci ildən Qəzza sektoru HƏMAS-ın nəzarəti altındadır. Fələstin Azadlıq Təşkilatı isə İordan çayının Qərb hissəsinə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG