Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

Vergilər Nazirliyi lotereya keçirəcək


Vergilər Nazirliyi vətəndaşları mağazalardan aldıqları mala görə qəbz tələb etməyə həvəsləndirmək üçün lotereya keçirməyi nəzərdə tutur. Artıq nazirlik bununla bağlı «Azərlotereya» Dövlət Şirkətinə müraciət edib və bu ilin iyul ayında lotereyanın ilk tirajının keçirilməsi planlaşdırılır.

Lotereyada iştirak etmək istəyən şəxs 1 lotereya bileti əldə etmək üçün 3 ay müddətində 500 yeni manat dəyərində qəbzlər toplamalıdır. Amma bir şərtlə ki qəbzlərin sayı 100 ədəddən az olmasın. Vergilər naziri Fazil Məmmədov bildirib ki, lotereyanın ilk tirajının elanı yaxın günlərdə veriləcək. Nazirlik lotereyanı keçirməklə mağazalarda vergidən yayınma hallarının qarşısını almaq istəyir.


Lazımi sayda qəbzi toplayandan sonra lotereya biletini istənilən vergilər idarəsindən almaq olar.


Fazil Məmmədovun verdiyi başqa bir məlumata görəsə, quşçuluq təsərrüfatlarının vergi borcları 3 ay müddətinə dondurulacaq. Məqsəd ölkədə «quş qripi» xəstəliyinin tapılmasından sonra ziyana düşmüş həmin təsərrüfatları dəstəkləməkdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG