Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:04

«Azadlıq» bloku siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin olunmasını istəyir


Bir neçə müxalifət partiyasını birləşdirən «Azadlıq» siyasi bloku Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) müraciət edərək, siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin olunmasını istəyib. Blokun mövqeyinə görə, Azərbaycan Avropa Şurası qarşısında siyasi məhbus probleminin həllinə dair öhdəliyinə tam əməl etməyib və qurumun bu məsələyə münasibətində də müəyyən fasilə yaranıb və həssaslıq zəifləyib.

AŞ PA-da Azərbaycanda siyasi məhbuslar məsələsiylə əvvəllər britaniyalı deputat Malkolm Brüs məşğul olurdu. İndi isə Azərbaycanda həm siyasi məhbuslar, həm də Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsinə Monitorinq Komitəsi nəzarət edir.


Hüquq müdafiəçisi Murad Sadəddinovsa siyasi məhbus probleminin həlli üçün Avropa Məhkəməsindən istifadəni bir variant kimi görür: «Avropa ölkələrinin təcrübəsi göstərir ki, belə problemlər Avropa Məhkəməsində həllini tapır, gec-tez biz də bu yolu gedəcəyik».


Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyevin fikrincə isə, Azərbaycanda siyasi məhbus məsələsi bağlanmaq üzrədir. Buna görə də qurumun hər hansı məruzəçisinin bu işlə məşğul olmasına ehtiyac yoxdur. Bunu Aqşin Mehdiyev «Azəri-press» Agentliyinə deyib.


Yerli hüquq müdafiəçiləri ölkədəki siyasi məhbusların sayı barədə müxtəlif rəqəmlər söyləyirlər, bəziləri onların sayının 50, digərləri isə, 80-dən çox olduğunu deyir. Onların bildirdiyinə görə, may, yaxud iyun ayında amnistiya gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG