Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:35

«Azərbaycanlı iş adamlarına məxsus yüzlərlə maşın İran gömrükxanasındadır»


«Astara gömrükxanasında «Bir pəncərə» prinsipinə əməl olunmur». Bunu «Azadlıq» radiosuna iş admı Füzuli Süleymanov deyir. Onun iddiasına görə, satış üçün Azərbaycana gətirilən minik maşınlarını Astara gömrükxanası buraxmır:
«On gündən çoxdur ki, sərhəddə gözləyirik. Azərbaycanlı iş adamlarına məxsus yüzlərlə minik maşını İran gömrükxanasındadır. İran tərəfi bu maşınların aparılmasını tələb edir, əks halda maşınları müsadirə edəcəklərini bildirir».
Astara Gömrük İdarəsinin adının çəkilməsini istəməyən növbətçisi idarənin rəisi Hikmət Məmmədovun Bakıya getdiyini, özünün isə bu məsələdən xəbərsiz olduğunu deyib.
Azərbaycanın gömrük sistemində «Bir pəncərə» prinsipi bu il yanvarın 1-dən tətbiq olunur.
Bu prinsipin məqsədi sərhəd keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, vaxt itkisinin minimuma endirilməsi və s.-dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG