Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:45

Baş nazir seçkiləri «bütün iraqlıların qələbəsi» adlandırıb


Seçicilərin fəallığı yüksək olduğuna görə, hakim dairələr səsvermənin vaxtını bir saat uzatmalı olub

Seçicilərin fəallığı yüksək olduğuna görə, hakim dairələr səsvermənin vaxtını bir saat uzatmalı olub

İraqın Baş naziri Nuri əl Maliki ölkədə yerli seçkilərin dinc şəraitdə keçirilməsini alqışlayıb və bunu «bütün iraqlıların qələbəsi» adlandırıb.
Həmçinin Birləşmiş Ştatlar və BMT ölkə sakinlərini uğurlu seçkilərə görə, təbrik edib.
ABŞ prezidenti Barak Obama isə seçkiləri ölkəyə nəzarətin tam iraqlılara keçməsində vacib addım adlandırıb.
2005-ci il seçkilərini boykot etmiş sünnilər bu dəfə seçkilərdə aktiv iştirak ediblər.
Seçicilərin fəallığı yüksək olduğuna görə, hakim dairələr səsvermənin vaxtını bir saat uzatmalı olub.
Əyalət Şurasındakı 440 yer uğrunda təxminən 14 400 namizəd mübarizə aparır.
18 əyalətdən 14-də keçirilmiş seçkilərin ilkin nəticələri yaxın günlərdə bəlli olmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG