Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 03:09

Türkmənistan prezidenti məmurları oxumağa göndərir


Türkmənistan prezidenti nazirlərə tapşırıq ki, gedib ikinci təhsil alsınlar. Əks-təqdirdə, iş yerlərini itirəcəklər.

Prezident Qurbanqulu Berdıməhəmmədov bildirib ki, məmurlar lazımınca ölkədə islahatlar apara bilmirlər.

Son zamanlar prezident bir neçə naziri işindən uzaqlaşdırıb.

Berdıməhəmmədov deyib ki, bütün nazirlər və əyalət rəhbərləri Dövlət Qulluğu Akademiyasında tədris kursu keçməlidirlər. Sonda imtahandan kəsilənlər işlərindən də çıxarılacaqlar.
XS
SM
MD
LG