Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:52

Rəsulzadənin abidəsi önündə mitinq keçirildi


Məmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə mitinq

Məmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə mitinq

Yanvarın 31-də müxalifətin və ictimaiyyətin nümayəndələri Məmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə mitinq keçirib, onun xatirəsini yad ediblər.

Aksiyada çıxış edən Müsavat başqanı İsa Qəmbər deyib ki, Rəsulzadənin şah əsəri olan respublika quruluşuna bu gün Azərbaycanda təhdidlər var. O, 18 mart referendumuna kəskin etirazını bildirib:

«Heç bir avtoritar lider, diktator, xalqımızı, millətimizi yolundan döndərə bilməyəcək. Rəsulzadənin göylərə qaldırdığı və «bir kərə yüksələn bayraq bir daha enməz» dediyi bayrağı heç kəs endirə bilməyəcək».

AXCP sədri Əli Kərimli isə deyib ki, bu gün Rəsulzadənin ruhu müxalifətin ən böyük dayağıdır.

«15 il ərzində respublikanın mahiyyəti ilə mübarizə aparanlar hesab edirlər ki, artıq respublika prinsipinin keşikçiləri yorulublar, əziliblər, əldən düşüblər. İndi son zərbəni vurub, ölkədə respublika prinsiplərini darmadağın etmək, rəsmən bir şəxsin daimi hakimiyyətini elan etmək olar. Bu mübarizənin ən çətin məqamlarında o böyük insanın ruhu bizim ən böyük arxamızdır».

Aksiya insidentsiz başa çatıb.

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M. Ə. Rəsulzadənin 125 illiyi qeyd olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG