Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

Yanvarın 31-i Məmməd Əmin Rəsulzadənin doğum günüdür


Məmməd Əmin Rəsulzadə 1955-ci ilin mart ayının 6-da Ankarada vəfat edib

Məmməd Əmin Rəsulzadə 1955-ci ilin mart ayının 6-da Ankarada vəfat edib

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, XX əsrin əvvəllərində milli-azadlıq hərəkatının görkəmli xadimi, Müsavat Partiyasının ilk lideri Məmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Rəsulzadə gənc yaşlarında çarizm əsarəti altında olan müsəlman türk xalqlarının milli azadlıq hərəkatının öncüllərindən olur. Əqidə yoldaşları ilə birlikdə Azərbaycanda ilk siyasi partiya – «Hümmət» sosial-demokrat təşkilatını yaradır.

1909-cu ildə çarizmin təqiblərinə məruz qalan Rəsulzadə Azərbaycanı tərk etməyə məcbur olur və həmin dövrdə İranda gedən konstitusiya inqilablarının (məşrutə inqilabı) liderlərindən birinə çevrilir. «İrane-nou» qəzetinin baş redaktoru olan Məmməd Əmin məqalələrdə Səttarxanın rəhbərliyi ilə başlanan azadlıq hərəkatına, İran konstitusiyasının elan edilməsinə geniş yer verirdi.

Şah rejimi tərəfindən məşrutə hərəkatının yatırılmasından sonra Məmməd Əmin Türkiyəyə mühacirət edir və burada siyasi fəaliyyət göstərir.

1913-cü ildə Azərbaycana dönən Rəsulzadə Müsavat partiyasının liderinə çevrilir.

O, 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsini elan edən Milli Şuranın sədri olub.

O, ölkənin birinci parlamentində ən nüfuzlu fraksiyaya başçılıq etməsinə baxmayaraq, Cümhuriyyətin mövcudluğu dövründə nə parlamentə, nə də hökumətə başçılıq etmişdi. Məhz onun təklifi ilə parlamentin sədrliyinə Rusiya müsəlmanlarının tanınmış liderlərindən biri-Əlimərdan bəy Topçubaşov seçilmişdi.

1920-ci il aprel işğalından sonra Rəsulzadə ölkəni tərk etməyə məcbur olur. Əvvəlcə Türkiyədə çalışan Rəsulzadə Sovet Rusiyasının təzyiqlərindən sonra bu ölkədən çıxarılır. 1938-ci ildə Polşada, 1940-cı ildən Rumıniyada yaşamış, sonra yenidən Türkiyəyə qayıtmışdı.

Məmməd Əmin Rəsulzadə 1955-ci ilin mart ayının 6-da Ankarada vəfat edib.

Şərhləri göstər

XS
SM
MD
LG