Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:07

Moskvada pilotsuz vertolyotlar gəlmə işçilərə qarşı


“Moskva yaxınlığında qanunsuz immiqrantlarla mübarizədə pilotsuz uçuş aparatlarından istifadə edilir, keçən ay eksperiment olaraq belə uçuş aparatlarından Moskvanın Lenin rayonundakı böyük zibilliyin müşahidə edilməsi üçün uğurla istifadə edilib”. Bunu Rusiya Miqrasiya Xidmətinin Moskva bölməsinin rəhbəri Oleq Molodiyevski deyib (Frans-press).

Onun sözlərinə görə, belə müşahidələr qanunsuz miqrantların zibillik ərazisinə gəlməsi və orada yaşaması haqda dəqiq məlumat toplamağa imkan verir.

Molodiyevski bildirib ki, bundan sonra pilotsuz uçuş aparatlarından daha çox istifadə edəcəklər. Xüsusən də mart-aprel ayından, çünki miqrantların Moskvaya axını həmin dövrdən güclənir.

Moskvada yanvarın 30-da keçirilən mətbuat konfransında vertolyota bənzər belə bir kiçik uçuş aparatı jurnalistlərə nümayiş etdirilib. Onların çəkisi 10-50 kq arasında olur.

Mosvada işləyən miqrantlar arasında Orta Asiya və Qafqazadan olan yüz minlərlə işçi də var.
XS
SM
MD
LG