Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

Nuşirəvan Məhərrəmli: «Təklif onlardan gəlməlidir»


«Milli Televiziya və Radio Şurası (MTRŞ) milli tezliklərdə xarici yayıma qanunvericiliyin yol verməməsinə dair qərar qəbul edib».
MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli bu sözləri ABŞ səfirliyinin «Azadlıq» və «Amerikanın səsi» radiostanisyalarının yayımının bərpa olunması ilə bağlı Bakıdan təkliflər gözləməsi barədə mövqeyini «Turan»a şərh edərkən bildirib:

«Yayımda onlar maraqlı olduqları üçün təklif də onlardan gəlməlidir».
Onun sözlərinə görə, MTRŞ qanunun tələblərini hamıya eyni şəkildə tətbiq edir:
«Burada istisna ola bilməz. Əgər biz bunu qonşu Türkiyə, Rusiya, İranın yayım strukturları üçün etmiriksə, bunu başlqaları üçün də etməyəcəyik».

Bununla belə, N.Məhərrəmli dövlət üzərinə uyğun öhdəliklər götürdüyü və hökumətlərarası sazişi imzalandığı halda, Qərb radiostansiyalarının yayımının bərpasını istisna etməyib.
N.Məhərrəmlinin məntiqinə görə, yayım paritet əsasda olmalıdır, yəni, Amerika radiosunun yayımı müqabilində, Azərbaycan radiosu da ABŞ-a yayımlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG