Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:18

«İdman Azərbaycan» fevralın 1-dən yayım saatını artırır


Fevralın 1-də Bakı İdman Sarayında «İdman Azərbaycan» telekanalının rəsmi açılış mərasimi keçiriləcək. Məlumatı «Media forum» saytına Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sözçüsü Xatirə Qasım verib.
X.Qasımın bildirdiyinə görə, həmin gündən başlayaraq «İdman Azərbaycan» televiziya kanalı öz veriliş və proqramlarını gündüz saat 12-dən gecə saat 3-dək tamaşaçılara təqdim edəcək.
«İdman Azərbaycan» kanalı yanvar ayının 1-dən sınaq yayımı ilə efirə çıxıb. Kanal yayıma axşam saat 9-dan başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG