Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:16

Ərdoğanı qəhrəman kimi qarşılayıblar


Davos forumundan qayıdan Türkiyənin Baş nazirini vətənində qəhrəman kimi qarşılayıblar.
Yanvarın 30-da səhər tezdən əllərində Türkiyə və Fələstin bayraqları olan minlərlə tərəfdar Rəcəb Tayyip Ərdoğanı qarşılamaq üçün İstanbul hava limanına toplaşıblar. Səbəb Davos forumunda Qəzzadakı vəziyyətə həsr edilmiş müzakirələr zamanı Ərdoğanın İsrail prezidenti Şimon Pereslə mübahisə edərək tədbiri tərk etməsidir.
Sonradan Ərdoğan izah edib ki, forumu Pereslə olan mübahisəyə görə yox, çıxış üçün ona kifayət qədər vaxt verilməməsi səbəbindən tərk edib. O bildirib ki, bununla Türkiyənin şərəfini qoruyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG