Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:30

Avropa 6 keçmiş sovet ölkəsini sammitə yığır


Budapeştdə «Nabucco» sammiti 27 yanvar 2009

Budapeştdə «Nabucco» sammiti 27 yanvar 2009

Avropa Birliyinin «Şərq tərəfdaşlığı» təşəbbüsünü dəstəkləməyə yönələn sammitə Ukrayna, Moldova, Gürcüstan, Belorus, Ermənistanla yanaşı Azərbaycan da dəvət edilib. Məlumatı «Frans-press» agentliyi öz mənbələrinə istinadla yazır.
«Şərq tərəfdaşlığı» təşəbbüsü hələ də Rusiyanın öz təsir dairəsində saxlamağa çalışdığı 6 keçmiş sovet ölkəsinə maliyyə yardımını da artırmağı nəzərdə tutur.
Avropa Birliyindəki Çex prezidentliyinin nümayəndəsi Mixaela Yelinkova «Azadlıq» Radiosuna verdiyi açıqlamada sammit keçirməklə bağlı planlarının olduğunu təsdiqləyib. Onun sözlərinə görə, dəvətli ölkələrin tədbirdə prezidentlər və baş nazirlər səviyyəsində təmsil olunacağı gözlənilir.

Amma hələ ki Belorus prezidenti Lukaşenkonun tədbirə qatılıb-qatılmayacağı bilinmir. Keçən ilin oktyabrında Avropa Birliyinin xarici işlər nazirləri Likaşenko və onun komandasının bir sıra üzvlərinə qoyulan səfər qadağasını ləğv ediblər. Onlar bunu Belorusda demokratiyanın inkişafına kömək məqsədilə etdiklərini bildiriblər.

«Frans-press»in məlumatına görə, Praqaya toplaşan Avropa liderləri ertəsi gün «Cənub dəhlizi» ölkələri ilə birgə başqa bir sammit də keçirə bilərlər. Söhbət Xəzər qazını Avropaya daşıyacaq «Nabucco» qaz kəməri layihəsindən gedir. Tədbirə Qazaxıstan və Türkiyə də dəvət edilə bilər.

«Nabucco» layihəsi bu ilin əvvəli Rusiya və Ukrayna arasında yaşanan qaz qalmaqalına görə aktuallaşıb – indi Avropa ölkələri Rusiyadan yan keçən enerji layihələrinə diqqəti artırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG