Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:38

«Əlixan Məlikovun «Kombi» əməliyyatı»


«Azəriqaz» ASC-nin rəhbəri Əlixan Məlikov
«Azəriqaz» ASC-nin rəhbəri Əlixan Məlikov
«Yeni Müsavat»: «2009-cu ilin yanvar ayı çağdaş tariximizə əməliyyatlar ayı kimi daxil oldu: «kombi» əməliyyatı, «vahid pəncərə» sistemi və «nəşə» əməliyyatı. Əvvəla, qulluğunuza ərz edim ki, bu əməliyyatların özəlliyi və gözəlliyi ilk dəfə onların Azərbaycanda tətbiq edilməsilə bağlıdır. Bu da ona dəlalət edir ki, ölkəmiz doğrudan da müqayisə olunmaz dərəcədə sürətlə inkişaf edir və dünyanın məxfi əməliyyatlar şəbəkəsinə analoqu olmayan töhfələr verir».
İbrahim İbrahimli «Əlixan Məlikovun «Kombi» əməliyyatı» sərlövhəli məqaləsində belə yazır.

«Kombi» əməliyyatı ötən ilin noyabr ayından başlayan partlayışların guya qarşısını almaq üçün «Azəriqaz»ın əzəli və əbədi sahibi Əlixan Məlikovun rəhbərliyi altında həyata keçirilir. Məxsusi qərargah yaradılıb, qaynar xətt açılıb: «QSP», yəni qazlama, sazlama və pazlama.

Əslində ölkə daxilində lokal müharibə gedir-qaz müharibəsi... Müharibə sözündən təəccüblənmə, əfəndim, əgər ortada partlayış varsa, əgər bu partlayışlardan binalar dağılırsa, insanlar ölürsə, körpələr yetim-yesir qalırsa, ailələr evakuasiya olunursa, yəni təhlükəli zonadan çıxarılırsa bu müharibə deyil, bəs nədir? Dağıntılar, ölümlər, evakuasiyalar işin görünən tərəfidir: sən işin görünməyən tərəfinə fikir ver: gecə saat on ikidən-adamlar yatandan sonra qazı kəsirlər, səhərə yaxın buraxırlar, yuxudan duran adam qazın iyini hiss etmir və kibrit yandırır. Sən demə, qazın tərkibinə iy bildirən maddə vurmaq əvəzinə oksigen vururlar. Qaz, oksigen və kibrit: dağıntı, ölüm və evakuasiya...»
«Azərbaycan» yazır ki, «hər zaman qeyri-obyektiv mövqedə olan «Freedom House» bu dəfə həm də Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşdı». Məqalə «Ənənəvi qərəzkarlıq yeni ampluada» adlanır. Müəllif Rəşad Cəfərli yazır: «Builki hesabatda mübahisə doğuracaq məsələlərdən biri də sənədə ayrıca bənd qismində münaqişəli ərazilərin daxil edilməsidir. Hesabat müəllifləri Dağlıq Qarabağı «qismən azad» region kimi göstəriblər. Maraqlıdır ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı rejim görəsən hansı xüsusiyyətləri ilə hesabat müəlliflərinin diqqətini cəlb edib».

«Yeni Azərbaycan»: «Yeni Azərbaycan Partiyası 2008-ci ilə dair hesabatını açıqlayıb». «Statistik məlumata görə, 2008-ci ildə partiyaya 35 mindən çox yeni üzv qəbul olunub və YAP üzvlərinin ümumi sayı 470 mini keçib. Təsdiq olunmuş maliyyə hesabatında qeyd olunub ki, hakim partiyanın 2008-ci ildə mədaxili yığılan üzvlük haqları hesabına 2 milyon 346 min manat təşkil edib». Hesabat partiyanın İdarə Heyətinin iclasında müzakirə olunub.

«Üç nöqtə»: «Əhali bələdiyyə üzvlərini seçir, amma formalaşdırılan bələdiyyələrin fəaliyyətində kifayət qədər yaxından iştirak etmir. Məsələn, insanlar bələdiyyələrdən yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərlə əlaqədar müəyyən ehtiyaclarının ödənilməsini tələb edirlər. Amma lazım olanda əhali bələdiyyələrə kömək etmir». Qəzetə müsahibəsində Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev belə deyib. «Digər tərəfdən, insanlar aktiv olsa, bələdiyyələrin fəaliyyəti də şəffaf olar».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG