Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:58

«Azadlıq» radiosunun Naxçıvan müxbirini ölümlə hədələyirlər


Məlahət Nəsibova Naxçıvan bazarında müsahibə alır, 4 noyabr 2007

Məlahət Nəsibova Naxçıvan bazarında müsahibə alır, 4 noyabr 2007

Yanvarın 29-da «Azadlıq» radiosunun Naxçıvan müxbiri Məlahət Nəsibovaya naməlum şəxs zəng edib, onu ölümlə hədələyib. Zəng edən şəxs M.Nəsibovanın Sədərək kəndini biabır etdiyini, bu işə görə ona qarşı tədbirlər görüləcəyini deyib. Hədələyən şəxs Nəsibovanın öldürüləcəyini, ofisinin isə partladılacağını deyib.

M.Nəsibova son zamanlar 72 yaşlı Sədərək sakini İsmayıl Hüseynovun polis zorakılığına etiraz etdiyi üçün psixiatrik klinikaya yerləşdirilməsi faktı üzrə araşdırmalar aparıb. «Azadlıq» radiosunun seriya reportajlarından sonra bu həftə Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin müşaviri Kler Delessard və ABŞ səfirliyinin müşaviri Coanna Qanson Naxçıvana səfər edib, Sədərək kəndində Hüseynovlar ailəsi ilə görüşüblər.

M.Nəsibova eyni xarakterli hədələrin Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) Naxçıvandakı əməkdaşının telefonuna da gəldiyini deyir. RATİ əməkdaşı bu telefon zəngini telefonun yaddaşına köçürdüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG