Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

Bu il Azərbaycanda maaş artımı olacaqmı?


Rusiyanın vəziyyəti ilə paralelləri davam etdirsək, Azərbaycanda bahalanmanın qarşısını almaq üçün Neft Fondundakı 11 milyard dollar nə qədər vaxta bəs edəcək?

Rusiyanın vəziyyəti ilə paralelləri davam etdirsək, Azərbaycanda bahalanmanın qarşısını almaq üçün Neft Fondundakı 11 milyard dollar nə qədər vaxta bəs edəcək?

Neft ölkələri öz büdcələrini yenidən yazırlar.
Rusiya öz büdcəsində neftin barrelini 95 dollardan hesablamışdı. İndi Baş nazir Vladimir Putin göstəriş verib ki, nefti 41 dollardan götürsünlər.
Azərbaycan büdcəsinin əsasına isə neftin 70 dollar qiyməti qoyulub. Azərbaycan da 41 dollar hesabına keçsə, onda bütün bu körpüləri, yolları hansı pula tikəcəklər?
Körpülər bir yana, neftin qiymətini az qala yarıbayarı aşağı götürməyə məcbur olanda, onda indiki büdcədə nəzərdə tutulan maaş artımını necə verəcəklər? Yeni büdcədə maaş artımına ümumiyyətlə yer qalacaqmı?
«International Herald Tribune» yazır ki, Rusiya valyuta ehtiyatlarına ümid edir. Ancaq Rusiya 400 milyard dollarlıq valyuta ehtiyatının 170 milyardına toxuna bilmir, xaricə borcların faizlərini vermək və s. üçün.
Qalan pul isə rublun məzənnəsini saxlamaq üçün həftədə 10 milyard dollar sürətilə azalır.
Rusiyanın vəziyyəti ilə paralelləri davam etdirsək, Azərbaycanda bahalanmanın qarşısını almaq üçün, başqa sözlə, manatın məzənnəsini saxlamaq üçün Neft Fondundakı 11 milyard dollar nə qədər vaxta bəs edəcək?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG