Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

Putinizm böhranı - nə Medvedev sözə baxır, nə Vladivostok polisi


Təhlilçilər deyir ki, Medvedev-Putin tandemi çat verib

Təhlilçilər deyir ki, Medvedev-Putin tandemi çat verib

İlk baxışdan Rusiyada hər şey əvvəlki kimidir. Müxalifət nümayişlərinə icazə verilmir, nümayiş olanda isə icazəsiz aksiya kimi dağıdılır. Polis nümayişçiləri döyür, tutur, həbs edir.

Ancaq keçən ay Vladivostokda olan nümayiş tamamilə yeni mənzərəni göstərdi. Burda da polis nümayişi dağıtdı, ancaq bu, yerli polis deyildi, bunları Moskvadan gətirmişdilər, çünki yerli hüquq-mühafizə orqanları Moskvaya açıq işarə etdilər ki, nümayişi dağıtmağa maraqları yoxdur.

Kremlin balaca bir nümayişi, özü də siyasi tələb irəli sürməyən, xarici maşınlara yeni vergilərə etiraz edən nümayişi dağıtmağa polisi Moskvada təyyarəyə mindirib, 9 min km uzaqlıqda olan Vladivostoka göndərməsi düşən neft qiymətləri fonunda, qlobal iqtisadi böhran fonunda Rusiya elitasının nə qədər əsəbi olduğunu göstərir.

Putinin 10 ildir ki, yaratdığı şaquli hakimiyyət sistemi deyəsən çat verir. Moskvadakı təhlilçi Dmitri Oreşkin deyir: «Hakimiyyətin şaquliliyi işləməyi dayandırıb. Əmrlər yuxarıdan gəlməkdə davam edir, ancaq aşağıda yerinə yetirilmir. Sovet sistemini yadımıza salsaq, indiki vəziyyət Sovet İttifaqının dağılmağı ərəfəsindəki vəziyyətə oxşayır».

Putin 10 il idi ki, mərkəzləşmiş və avtoritar siyasi sistem yaradırdı ki, Rusiyanı müasirləşdirsin və effektiv idarə edə bilsin. Ancaq Putin rejimi Sovet nomenklaturasını xatırladır - burda da vəzifəyə iş bacarmağa görə yox, sadiqliyə və sözəbaxımlığa görə qoyurlar.

Nə qədər ki, dünyada neftin qiyməti yuxarı idi, Rusiyaya dollarlar axırdı, bu sistemin mənfi cəhətləri görünmürdü. İndi isə bunun hər yeri çat verir.
Moskvada «Panorama» adlı təhlil mərkəzinin təhlilçisi Vladimir Pribılovski deyir: «Hakim sinif daxilində dava heç vaxt sönməyib. O yalnız bir balaca zəifləyib. Ancaq indi yenidən qızışır».

Məsələn, bu yaxınlara qədər Medvedev-Putin tandemi yaxşı işləyirdi. Medvedev prezident vəzifəsini tutub-saxlayır ki, Putin yenidən prezidentliyə qayıda bilsin. Ancaq dekabr ayında, «Novoe Vremya»nın yazdığı kimi, Medvedev bir qrup biznesmenlə görüşdü, biznesmenlər ona deyiblər ki, Rusiyanı fəlakət gözləyir, hökumətin atdığı addımlar kifayət deyil.
Prezident Medvedev Putinə məktub yazıb, biznesmenlərin gəldiyi nəticələri Putinə göndərib. Putin isə, «Novoe Vremya»nın yazdığı kimi, əsəbiləşib ki, Medvedev böhranla mübarizəyə rəhbərliyi onun əlindən almağa cəhd edir.

Təhlilçilər radiomuzun müxbiri Brian Vhitemora deyiblər ki, böhran iqtisadiyyata yanaşmada kəskin fikir ayrılıqları yaradıb, məsələn, bir tərəfdə Putinə yaxın olan baş nazirin birinci müavini İqor Seçindir, o biri tərəfdə Medvedevə yaxın maliyyə naziri Aleksey Kudrin.

Media məlumatlarına görə Dumada Medvedev tərəfdarları Putinin müdafiə etdiyi qanun layihəsini batırmağa çalışırlar. Bu o qanun layihəsidir ki, casusluğun daha geniş anlayışını verir.

Vladivostok hadisələrinə gələndə Putin yerli polis rəisini əmrə tabe olmamağa görə işdən qovmağı tələb edirdi, ancaq Medvedev onu işdən çıxarmaqdan imtina etdi.

Təhlilçi Oreşkin deyir ki, Medvedev başa düşür ki, real hakimiyyət Putindədir, ancaq onu da başa düşür ki, vəziyyət pisləşməkdə davam etsə, hamı günahı Putində görəcək.

Ümumi vəziyyətə, mərkəzdənqaçma meyllərinə gəlincə, «Heritic Foundation» təhlil mərkəzinin Moskvadakı bölməsinin rəhbəri Yevgeni Volk hesab edir ki, vəziyyət pisləşsə, regionlar və aşağılar əmrə tabe olmaqdan imtina etsələr, Ukrayna və Gürcüstandakı kimi rəngli inqilab təhlükəsi reallaşsa, hakimiyyət ən qatı tədbirlərə əl atacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG