Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:18

İnternetdə çata girib çatdadanlar


Çatda həmişə maraqlı həmsöhbət tapmaq mümkündür.

Çatda həmişə maraqlı həmsöhbət tapmaq mümkündür.

VİRTUAL TANIŞLIQ


İndi gənclər arasında dəbdə olan məşğuliyyətlərdən biri, bəlkə də ən birincisi İnternetdəki söhbət saytlarında – çatda özünə həmsöhbət axtarmaqdır. Bəzən söhbət o qədər şirin olur ki, sonda ya dostluğa, ya da ailəyə gətirib çıxarır. Qəhrəmanım Arzu da öz nişanlısı ilə elə çatda tanış olub.


Amma heç də hamı çata sevgili axtarmaq məqsədilə girmir. Kimisi dost axtarır, kimisi də sadəcə həmsöhbət. Küçədə rastlaşdığım həmyaşıdlarım deyirlər ki, virtual da olsa, çatda söhbət etmək çox xoşlarına gəlir. Çünki çatda həmişə maraqlı həmsöhbət tapmaq mümkündür.


Çat virtual tanışlığın yeganə yolu deyil. İndi şəhərdə qızla-oğlanı tanış etməkdə vasitəçilik edən xüsusi agentliklər də fəaliyyət göstərir.


"Gənc qızlar oğlanla küçədə tanış olmaqdan, oğlanlar isə tanış olmaq istədikləri qızlardan imtina eşitməkdən çəkinirlər. Ona görə də, belə bir mərkəzə ehtiyac yaranır. Bizdə qeydiyyatdan keçmiş, ciddi münasibətlər üçün adam axtaran qadın və ya kişilərin kataloqu var. Hər müraciət edən bu kataloqla öz seçimini edir və biz onları əlaqələndiririk".


Bu, tanışlıq agentliyinin müdiri Natalya Brovinadır. Deyir ki, fəaliyyətdə olduqları bir il ərzində 12 ailənin qurulmasında vasitəçilik ediblər. Mərkəzə müraciət edənlərin isə ardı-arası kəsilmir.


Vaxtlarını saatlarla çatda keçirən həmsöhbətlərimin isə çat və ya tanışlıq mərkəzləri vasitəsilə ailə quranlara münasibəti birmənalı deyil. Kimisi bunu normal hal hesab edir, kimisi də deyir ki, belə ailələrin ömrü çox olmaz...


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG