Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:49

«Yeni Azərbaycan»: «Robert Köçaryan administrasiyasında sükutdur»


«Yeni Azərbaycan» qəzetindəki «Robert Köçaryan administrasiyasında sükutdur» başlıqlı məqalədə Aqşin Şahinoğlu yazır ki, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinə dair arqumentləri Ermənistanı susmağa vadar edir. Müəllif yazır ki, Azərbaycan və Ermənistan rəsmilərinin dilindən səslənən bəyanatlar dünya ictimaiyyətinə kimin daha konstruktiv mövqedə dayandığını müəyyənləşdirməyə imkan verir. Bu hal danışıqlar formatı məsələsində də özünü açıq şəkildə göstərir. Müəllif daha sonra yazır ki, Ermənistan iddia edir ki, guya Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı daxili ictimaiyyət üçün hesablanıb və münaqişənin nizamlanması ilə əlaqədar aparılan danışıqlar prosesinin real durumuna uyğun deyil. Amma «real durum» deyəndə nəyin nəzərdə tutulduğu bəlli deyil. Qaldı ki, mənzərənin nə vaxt dəyişəcəyinə, bunu hansısa beynəlxalq qurum və ya xarici ölkə öz üzərinə götürməsə, Azərbaycan gec-tez məsələni həll edəcək. Hansı yol və vasitənin istifadə olunmasından asılı olmayaraq.

«Bakı-Xəbər» qəzetindəki «Transxəzər kəmərinin çəkilişi ilə bağlı müzakirələr yenidən intensivləşir» başlıqlı məqalədə Rasim Bayramov yazır ki, Xəzər regionunda həyata keçirilən enerji layihələri fonunda son vaxtlar gündəmə gələn əsas məsələlərdən biri dənizin dibi ilə neft və qaz daşıyacaq kəmərlərin çəkilişi ilə bağlıdır. Məqalədə bildirilir ki, Bakı-Tbilisi-Ceyhan neft layihəsi meydana çıxdıqdan sonra Azərbaycan Qazaxıstan neftinin bir hissəsinin sözügedən kəmərlə daşınmasında maraqlı olduğunu gizlətmir. Müəllif yazır ki, bu məsələ Qərb tərəfindən də dəstəklənir. Son dövrlərsə yenidən Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinin mümkünlüyü barədə yeni təkliflər səslənməkdədir. Bu təklifin əsas müəllifi isə Avropa Birliyidir. Məqalədə bildirilir ki, Niyazov hökuməti də artıq bu məsələyə maraq göstərdiyini bəyan edib. Ancaq qeyd edilən kəmərlərin çəkilişi həm də geosiyasi məsələ olduğundan artıq bu sahədə müəyyən problemlər də özünü götərməkdədir.


XS
SM
MD
LG