Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:45
- Su bir həftədir gəlmir. Bir dəfə gəldi, sonra yenə gəlmədi. Camaat vedrələrlə su daşıyır…

Artıq 20 gündən çoxdur ki, 13 minə yaxın Gəncə sakini susuz qalıb. Səbəb Gəncə Sukanal Törəmə Cəmiyyətinin «Elektrikşəbəkə»yə olan 13 milyon manat borcunu ödəməməsidir. «Gəncəelektrikşəbəkə» isə borc ödənilənədək yaşayış evlərinə su ötürən anbar və artezianlara verilən enerjini dayandırıb.

Sakinlər sudan istifadə edə bilmək üçün birtəhər özlərinə çıxış yolu tapırlar:

- Maşınla 10 manatdan su doldururuq. Kimin pulu var, suyu var. Kimin yoxdur, antisanitariya şəraitində yaşmalıdır, eləmi?

- Bir gün 10-15 dəqiqə verirlər, sonra bir həftə tamam vermirlər. Camaat qorxur pul ödəməyə, gündə biri gəlir çek yazır, sonra başqası gəlir. Əvvəl gələnlə sonra gələnin çeki uyğun gəlmir. O gün maşın gətirdim su vurdurdum 8 manata, o da bizi 3 gündən artıq görmür.

- Mən namaz qılan adamam, dəstəmaz almağa su tapmıram. Uşaqlı evdir. Gedib aşağıdan vedrəynən gətiririk.

- Dəqiqə başı aşağıda paltar suya çəkirəm, 3-cü mərtəbədir. Çıxammırıq, düşəmmirik özümüz də xəstə adamıq, belə şey olmaz.

Gəncə şəhər Sukanal Törəmə Açıq Səhmdar Cəmiyyətinin texniki işlər üzrə direktor müavini Məhəmməd Hüseynov da deyir ki, idarə təsərrüfat hesablıdır. Yəni, əhalidən işlədilən suya görə, yığılan vəsait hesabına enerji pulu ödənilir. Əhali borcunu ödəməsə, anbarlara və artezianlara da enerji ala bilməyəcəklər.

- Hazırda 15 ədəd su qurğularına xidmət edən avadanlıqların enerjisi açılıb. Səbəbi Gəncə şəhər Sukanal Törəmə Cəmiyyətinin işlətdiyi enerjini su idarəsinə ödəyə bilməməsidir. Ödəməmənin də səbəbi əhalidən pulun yığılmamasıdır. Abonentlər demək olar ki, suyun pulunu ödəmirlər. 3800 abonentə bildiriş paylanılsa da, hələlik əhalinin 12 faizi pulu ödəyib. Təkcə yanvar ayının pulunu istəyirik, köhnə borcarı istəmirik. Əhalinin idarəyə 9 milyona yaxın debitor borcu var. Elektrik enerjisinə bizim 12 milyona yaxın borcumuz var.

Yanvarın 10-dan etibarən «Gəncəelektrikşəbəkə» iki böyük - Çıragivzor və Metallurq su anbarlarına və 15-dən çox artezianlara verilən enerjini dayandırıb. Nəticədə şəhər əhalisinin 50 faizdən çoxu susuz qalıb. Gəncədə ümumən 54 min su istifadəçisi var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG