Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Müxalifətçi imza toplamaqdan imtina etməyə məcbur olub


Müxalifətçi imza toplanmaq üçün AXCP-nin Şəki təşkilatından götürdüyü imza vərəqələrini geri qaytarıb

Müxalifətçi imza toplanmaq üçün AXCP-nin Şəki təşkilatından götürdüyü imza vərəqələrini geri qaytarıb

Şəkidə daha bir imza toplayan müxalifət fəalı təzyiqlə üzləşib. Bu barədə «Azadlıq» radiosuna AXCP Şəki təşkilatının sədri Mehman İsmayılov məlumat verib.
Onun dediyinə görə, rayonun Şin kəndində imza yığmaq istəyən kənd sakini Nəsimi Əhmədovun imza toplamasına imkan verilməyib.

Nəsimi Əhmədovun özünün dediyinə görə, o imza toplamaq istəyəndə sahə müvəkkili ona təxribatla məşğul olduğunu bildirib və ondan bu işi dayandırmağı tələb edib. Bundan sonra o imza toplanmaq üçün AXCP-nin Şəki təşkilatından götürdüyü imza vərəqələrini geri qaytarıb. Və bununla da imza toplamaqdan imtina edib.

Şəki polisində isə «Azadlıq» radiosuna bildiriblər ki, sahə müvəkkilinin kiminsə qanuni işinə mane olması barədə məlumatlara inanmırlar. Hesab edirlər ki, yayılan məlumatlar əsassızdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG