Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:05

«Yeni Azərbaycan»: «Ermənistan il ərzində Azərbaycanın 180 min ton taxılını oğurlayır»


«Gün səhər» qəzetindəki «Kolbasa boyda «sübut» başlıqlı məqalədə müəllif «quş qripi»nə yoluxmuş toyuqların, ulaq və at ətlərinin kolbasa sexlərinə verilməsi barədə yayılan məlumatları araşdırıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşı son vaxtlar Bakıda haram və keyfiyyətsiz ət satışı şəbəkələrinin olduğunu təsdiqləyib. Amma bu işlə məşğul olanların duyuq düşməməsi üçün həmin şəbəkələr barədə açıqlama verməyib. Deyib ki, təmsil etdiyi agentlik indi bu işlə məşğuldur. Baytarlıq və sanitariya xidməti orqanları ilə birgə reydlər keçirilir. Amma hələlik haram və xəstə heyvan ətinin haraya aparıldığı müəyyənləşməyib. Bakıda, ölkənin digər iri şəhər və rayonlarında mənşəyi bilinməyən heyvan ətinin satıldığını Dövlət Baytarlıq Xidmətində də təsdiqləyiblər. Bildiriblər ki, xidmətə daxil olan xəbərlər yalnız şifahi məlumatlardan ibarət olduğundan bununla bağlı konkret fakt söyləmək mümkün deyil.

«Yeni Azərbaycan» qəzetindəki «Ermənistan il ərzində Azərbaycanın 180 min ton taxılını oğurlayır» başlıqlı məqalədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirilir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində aqrar islahatlardan kənarda qalan Azərbaycan torpaqlarının və təsərrüfatlarının itirdiyi gəlirlərin həcmi milyardlarla manat ölçülə bilər. Məqalədə o da bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq qurumlara təqdim etmək üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında təbii və mineral ehtiyatların vəhşicəsinə darmadağın edilməsi barədə hazırladığı hesabatda bu fakt da öz əksini tapıb.


«Ayna» qəzetindəki «Azərbaycan geosiyasi burulğanda» başlıqlı məqalədə bildirilir ki, zaman geçdikcə azalmaqda, hadisələrin inkişaf dinamikası isə sürətlənməkdə ikən Azərbaycan istimai-siyasi fikri hələ də təqlidçiliyin doğurduğu düşüncə buxovlarının əsarətindədir. Müəllif məqalə boyu Azərbaycanın daxili və xarici siyasətinə dair apardığı araşdırmaların sonu olaraq belə nəticəyə gəlir ki, ölkə bütün geosiyasi vektorların inkişaf dinamikasını diqqətlə izləməlidir. Ankara - Tehran - Moskva yaxınlaşması dərindən təhlil olunaraq onun Azərbaycan üçün faydalı olacaq məqamlarından istifadə edilməlidir. Eyni zamanda, istər rəsmi Moskva, istərsə də Ankaranın ABŞ-la açıq qarşıdurmaya gedəcəyinin şübhə doğurduğunu da nəzərə alaraq münaqişənin digər tərəfi ilə də ciddi müzakirələrini davam etdirilməlidir.


XS
SM
MD
LG