Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

«ria.az» saytı təqiblə üzləşdiyini deyir


«ria.az» saytı ilə bağlı yaranmış problemlər aradan qaldırılıb
«ria.az» saytı ilə bağlı yaranmış problemlər aradan qaldırılıb
«ria.az» saytı ilə bağlı yaranmış problemlər aradan qaldırılıb, amma saytın əməkdaşlarına təzyiqlər davam edir. «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına bu haqda həmin saytın rəhbəri, Reportyor İnformasiya Agentliyinin təsisçisi Zülfüqar Xeyirxəbər danışıb.
Onun sözlərinə görə, ötən cümə günü kimlərsə saytı dağıtmaq istəyiblər və qismən buna nail olublar. Sayt artıq işini bərpa edib.

Amma Zülfüqar Xeyirxəbər deyir ki, risk qalmaqdadır. Odur ki, saytın həm təhlükəsizliyini, həm də məzmununu gücləndirməyə çalışacaqlar: «Təqib-təzyiq bizi çəkindirmir. Azərbaycanda müstəqil mətbuata, doğru, tərəfsiz, qərəzsiz xəbər həmişə ehtiyac var».

Z.Xeiyrxəbər bunu da deyir: «Bizə qarşı təzyiqlər təzə başlamayıb. Prezident seçkilərindən əvvəl əməkdaşlarımız təqib və təzyiqlə üzləşirdilər. Seçki günü əməkdaşımızın qabağını kəsib demişdilər ki, saytın fəaliyyətini dayandırın. Əks halda problemlə üzləşəcəksiniz. Hüquq-mühafizə orqanlarına məlumat verdik. Amma təəssüf ki, polis araşdırmadı».

Zülfüqar Xeyirxəbərin sözlərinə görə, bu xəbərdarlıqdan sonra da sayta dəfələrlə müdaxilələr olub, onu dağıtmaq istəyiblər.
XS
SM
MD
LG