Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:07

«Mənim yoldaşım oyunların qurbanı olub»


Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevin işi üzrə məhkəmə prosesi keçirilir

Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevin işi üzrə məhkəmə prosesi keçirilir

«Mənim yoldaşımın heç bir günahı yoxdu, o oyunların qurbanı olub». Bu fikirləri «Azadlıq» radiosuna Bakı Şəhər Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Mahir Nağıyevin yoldaşı Ləman Nağıyeva deyib. O yoldaşının rüşvət alma ittihamının tamam qərəzli olduğunu bildirir.

Deyir ki: «Bu bir oyun idi, Mahir bəzi adamların üzünə durmalıydı, amma o bunu etmədi və onu belə bir oyunla həbs etdilər. Zakir Qaralov öz işçisini öz polkovnik-leytenantını qəbul etmədi ki, görsün günahkar kimdir, rüşvət alan kimdir».

Ləman Nağıyev deyir ki, əgər məhkəmədə onun kimdənsə rüşvət alması məsələsi öz təsdiqini tapmadısa, niyə Mahir Nağıyev həbsdən buraxılmadı və yaxud sübut olundusa, onda niyə onun müavinləri də həbs edilmədi.

O deyir ki, həyat yoldaşı Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun xalası oğlunun işini aparırdı və bu işlə bağlı hər gün yuxarıya məruzə olunurdu. «Mahir apardığı işlə bağlı hər həftə Bakı şəhər prokurorunun müavinlərinə məruzə edirdi, onlar da baş prokurorun müavini Rüstəm Usubova məruzə edirdilər».

Ləman Nağıyeva deyir ki, əgər bu iş pis aparılırdısa, burda rüşvət var idisə, onda niyə elə həmin işə görə, Mahir Nağıyevə mükafat verildi, niyə o kollegiyanın iclasında tərifləndi. «Mahirə çox adam dedi ki, ölkədən çıx, amma o bunu etmədi».

Ləman Nağıyeva deyir ki, o ərinin həbsindən dərhal sonra prezident İlham Əliyevə və digər rəsmi şəxslərə müraciət edib yoldaşının günahsız həbs edildiyini bildirib amma, hələ indiyə qədər onun müraciətlərinə heç bir yerdən cavab gəlməyib. Bundan başqa Ləman Nağıyev deyir ki, yoldaşı həbs ediləndə onların evində axtarış aparılıb və Mahir Nağıyevin 10 min manat məzuniyyət pulu götürülüb. Deyilib ki, həmin pul qaytarılacaq. Ləman Nağıyevə iddia edir ki, işini aparan müstəntiq həmin 10 min manatı sonradan qaytarmaq şərtilə onlardan alsa da, indiyə qədər qaytarılmayıb. Nağıyeva yoldaşının həbsindən keçən il yarım müddətdə çox çətinliklərlə üzləşdiklərini deyir.
O Mahir Nağıyevin 2003-cü il iğtişaşları, Qarabağ Əlillər Cəmiyyətinin işilə bağlı heç kimə qarşı qərəzli olmadığını söyləyir. «Əksinə vəziyyətinin ağır olduğunu görüb bir əlilin azadlığa buraxılması üçün əlindən gələni edib. Qaldı ki, 2003-cü il hadisələrinə, Mahir həmin istintaqı aparanda bir video kaset gətirmişdi tez-tez ona baxırdı. Bir nəfər «Azadlıq» meydanı yaxınlığından təsadüfən keçərkən həbs edildiyini və iğtişaşlarda iştirak etmədiyini deyirdi. Amma Mahirin baxdığı video görüntüdə həmin adam əlində daş maşının pəncərələrini qırırdı. Ona görə də Mahir istintaq zamanı ədalətli olub. Mən o işlərin tam dərinliyinə qədər bilmirəm, ona görə də bilmədiyim məsələlər barədə danışa bilmirəm. Amma mənim yoldaşım heç vaxt insafını itirib elə ədalətsizliyə yol verməzdi, o qan batıranlardı ki, indi hamısı villalarda oturublar».

Ləman Nağıyeva deyir ki, onun yoldaşını həbsdən buraxa bilmirlər, çünki buraxsalar kimlərisə tutmalıdırlar, amma onu da edə bilmirlər ki, həmin tutulacaq adamların hamısının arxasında adamı var.

Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevin işi üzrə məhkəmə prosesi keçirilir. M.Nağıyev vitse-spiker Ziyafət Əsgərovun xalası oğlu Yusif Allahyarovun və digərlərinin cinayət işini araşdırarkən rüşvət almaqda suçlu bilinərək 5 il həbs cəzası alıb.

Şərhləri göstər

XS
SM
MD
LG