Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:21

Bağlı qapılar arxasında nədən danışılıb?


Ekspertlərin müşahidəsinə görə, son illərdə yerli ictimaiyyət Dağlıq Qarabağ danışıqlarından kənar saxlanılır

Ekspertlərin müşahidəsinə görə, son illərdə yerli ictimaiyyət Dağlıq Qarabağ danışıqlarından kənar saxlanılır

Azərbaycan və Ermənistan prezidentləri İsveçrədəki sonuncu görüşünün detalları barədə yenə də açıqlama verilmədi. Artıq neçənci dəfədir ki, Azərbaycan və Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı apardığı danışıqlar barədə təfsilatı ilə məlumatlar verilmir.

Bəzi hallarda isə qeyri-rəsmi səviyyədə elə məlumatlar açıqlanır ki, danışıqların məğzinə aydınlıq gətirməsə də, ictimaiyyəti bir müddət məşğul edir. Məsələn, bir neçə il əvvəl Sankt-Peterburqda Robert Koçaryanın danışıqları yarımçıq kəsib ayaqyoluna getməsi Bakıda uzun müzakirələrə səbəb oldu. Ya da yerli ictimaiyyət danışıqlar prosesiylə bağlı məlumatı Minsk qrupu həmsədrlərinin birindən alır. Məsələn, Madrid paketi barədə amerikalı həmsədr Mətyu Brayza danışmışdı.

Ekspertlərin müşahidəsinə görə, son illərdə yerli ictimaiyyət Dağlıq Qarabağ danışıqlarından kənar saxlanılır. Onların fikrincə, Azərbaycan rəsmiləri bir çox hallarda ya xəsisliklə danışır, ya da ümumi məlumat verməklə kifayətlənirlər.
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov deyir ki, münaqişəylə bağlı aparılan proseslər barədə seçicilərə məlumat vermək vacibdir. Amma o hesab edir ki, rəsmi səviyyədə verilən açıqlamalar danışıqlarla bağlı real vəziyyəti əks etdirmədiyindən, onlar tanınmış politoloqların, ictimai xadimlərin rəylərini, analizlərini sıravi sakinlərə çatdırmağa qərar veriblər:

«Televiziyalarda hakimiyyətin maraqlarını əks etdirən təbliğat aparılır. Amma alternativ fikirlər yoxdur. Biz alternativ rəyləri çatdırmaq istəyirik. Qapı-qapı gəzib vətəndaşlara çatdıracağıq ki, onlar məqamı gələndə öz rəylərini ortaya qoya bilsinlər».

Bəzi ekspertlər Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı ictimaiyyətin təmsilçiləriylə heç bir müzakirə aparmamasını, yalnız ümumi xarakterli və vədli nitqlərlə kifayətlənməsini ictimai rəyə sayğısızlıq kimi qiymətləndirirlər. Onlar keçmiş prezident Heydər Əliyevin bəzi yazarlarla görüşünü, Milli Məclisdə deputatların və bir sıra siyasi qüvvələrin münaqişəylə bağlı fikirlərini dinlədiyini yada salırlar və deyirlər ki, indiki məqamda – Ermənistanla danışıqların intensivləşdiyi bir mərhələdə belə müzakirələrə daha çox ehtiyac var.

Bəs Azərbaycan prezidenti danışıqları nə vaxta qədər gizli apara bilər? Qanunvericilik belə bir məhdudiyyət tanıyırmı?

Dövlət Hüququ doktoru Fərhad Mehdiyev deyir ki, Dağlıq Qarabağ münaqişəsi siyasi müzakirə predmeti olduğu üçün bu proseslər hüquqla tənzimlənmir:
Hüquqşünas Erkin Qədirli də hesab edir ki, Dağlıq Qarabağ münaqişəsiylə bağlı məlumatların açıqlanma səviyyəsi daha çox siyasi mədəniyyət göstəricisidir. Onun fikrincə, avtoritar ölkələrdə hakimiyyətin çəkinəcəyi müxalifət, müstəqil mətbuat olmadığından, ölkənin taleyüklü məsələləri barədə təkbaşına qərarlar verməyə meyllər yaranır. Amma Erkin Qədirli deyir ki, İlham Əliyev danışıqları gizli apara bilər, amma hər hansı ciddi sənəd imzalanması, dövlət adından vədlər verməsi məqamı gələndə, buna hüquq qarışır, yəni, müvafiq qanunvericilik gizli sənəd imzalanmasını qadağan edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG