Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:59

«Dəyişikliklər demokratiyanın gələcəyinə narahatlıq doğurur»


«Mən Azərbaycan hökumətini Konstitusiyaya dəyişikliklər etməzdən əvvəl Avropa Şurası ilə əməkdaşlığa çağırıram»
«Mən Azərbaycan hökumətini Konstitusiyaya dəyişikliklər etməzdən əvvəl Avropa Şurası ilə əməkdaşlığa çağırıram»
«Azərbaycanda prezidentlik müddətinin dəyişdirilməsi, həmçinin müharibə şəraitində seçkilərin təxirə salınması, nəzərə alsaq ki, ölkə 1990-cı ildən bu yana faktiki olaraq müharibə vəziyyətindədir, Azərbaycanda demokratiyanın gələcəyi baxımından narahatlıq doğurur».

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mari de Puç «Day.az» saytına müsahibəsində belə deyib.
O, referenduma çıxarılan digər dəyişikliklərə də münasibətini açıqlayıb:

«Bundan əlavə, başqa düzəlişlər də - bir adamın iradəsinə zidd olaraq video, audio və foto çəkilişlərin qadağan olunması söz və mətbuat azadlığı üçün təhlükə törədir.

Mən Azərbaycan hökumətini Konstitusiyaya hər hansı mühüm dəyişikliklər etməzdən əvvəl Avropa Şurası ilə əməkdaşlığa çağırıram. Habelə, referenduma çıxarılan dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə məsləhətləşmək və dəyişikliklərin Avropa Şurasının üzvü kimi Azərbaycanın öhdəliklərinə tam uyğunluğunu təmin etmək lazımdır».

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum martın 18-də keçiriləcək, Əsas Qanuna 20-dən çox düzəliş təklif olunur. Konstitusiyanı dəyişmək təşəbbüsü ilə hakim Yeni Azərbaycan Partiyası çıxış edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG