Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:31

«Ümid edirik ki, hökumət bu qərara yenidən baxacaq»


Luis Mari de Puç: «Azərbaycanda demokratiyanı gücləndirmək üçün informasiyalı vətəndaş cəmiyyətinə ehtiyac var»

Luis Mari de Puç: «Azərbaycanda demokratiyanı gücləndirmək üçün informasiyalı vətəndaş cəmiyyətinə ehtiyac var»

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mari de Puç Azərbaycanda xarici radioların milli tezlikdən çıxarılmasını «geriyə atılmış addım» kimi qiymətləndirib.

«Day.az» saytına müsahibə verən cənab Puç deyib: «Mən hökuməti Azərbaycan dilində xarici radioların Azərbaycanda yayımının davam etdirilməsi üçün qərar qəbul etməyə və Azərbaycan xalqının müstəqil KİV-ə çıxışını təmin etməyə çağırıram».

O, bildirib ki, AŞPA-nın Nazirlər Komitəsinin sədri Migel Anxel Moratinosla birgə 2009-cu ilin yanvarın 15-də verdiyi bəyanatında məsələyə münasibətini açıqlayıb.

«Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən demokratik cəmiyyətin inkişafının əsası olan fikir və mətbuat azadlığına qarant duracağı öhdəliyini götürüb. Biz Milli Teleradio Şurasının qərarı ilə bir neçə xarici radiostansiyanın yayımının dayandırılmasından təəssüflənirik.

Bu, Azərbaycan cəmiyyətinin maraqlarına zidd olaraq informasiya plüralizminin pozulmasıdır. Plüralizm demokratik cəmiyyətin əsas prinsipi hesab olunur, biz ümid edirik ki, hökumət bu qərara yenidən baxacaq və vəziyyəti düzəltmək üçün addımlar atacaq».

Cənab Puç daha sonra bildirib: «Azərbaycanda demokratiyanı gücləndirmək üçün informasiyalı vətəndaş cəmiyyətinə ehtiyac var. Belə müdaxilə isə böhtana görə, bir sıra jurnalistləri həbsdə olan ölkənin KİV sahəsindəki vəziyyətinə neqativ təsir göstərir.

Azərbaycan demokratik prinsipləri və insan hüquqlarını qorumaq üçün öhdəliklər götürüb. Bu qərar isə geriyə atılmış addımdır.
Biz Azərbaycanı İnsan Hüquq və Azadlıqları haqqında Konvensiyanın 10-cu maddəsinə (red. 10-cu maddə fikri ifadəetmə və söz azadlığına aiddir), eləcə də insan hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq hüququna riayət etməyə çağırırıq».

Milli Teleradio Şurasının qərarı ilə bu ilin yanvarın 1-dən Azərbaycanda fəaliyyət göstərən üç xarici radionun – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin FM tezliyində yayımı dayandırılıb. Şura hesab edir ki, xarici radioların milli tezlikdə yayımı yerli qanunlara ziddir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG