Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:16

Neft Fondu ötən ilə dair məlumatları açıqlayıb


2008-ci il ərzində Neft Fondunun büdcə gəlirləri 11 864,7 milyon manat, büdcə xərcləri isə 4 291,8 milyon manat təşkil edib. Fondun ötən il üçün büdcəsinin gəlir hissəsi 117%, xərc hissəsi isə 98% yerinə yetirilib.

Dövlət Neft Fondunun Mətbuat Xidmətinin məlumatında belə deyilir.
Neft Fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 145,0 milyon manat sərf edilib.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 120,6 milyon manat və 211,8 milyon manat vəsait ayrılıb.
3 800,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib, 5,3 milyon manat «Bakı-Tbilisi-Qars yeni dəmir yolu» layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə 2,3 milyon manat vəsait ayrılıb.
2009-cu il yanvarın 1-ə Fondun aktivləri 2008-ci ilin əvvəlinə nisbətən 4,3 dəfə artaraq 8 986,7 mln. manata (11 219,2 milyon ABŞ dolları) bərabər olub.
XS
SM
MD
LG