Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:53

İlhamın ən böyük arzusu…


«Azadlıq» radiosunun «Qaynar xətt»inə şikayətlərinizi bildirmək üçün hər gün 436 77 41 nömrəli telefona zəng edə bilərsiniz

«Azadlıq» radiosunun «Qaynar xətt»inə şikayətlərinizi bildirmək üçün hər gün 436 77 41 nömrəli telefona zəng edə bilərsiniz

İlham Mirzəyev «Azadlıq» radiosunun daimi dinləyicilərindəndir. İki gözündən əlil olan İlham bütün mehrini radioya salıb. Amma «Azadlıq» radiosunun yayımı FM tezliyində dayandırıldığı üçün özünün sözləri ilə desək həm də «kar» olub.

İlham Mirzəyev Sumqayıtın Sahil qəsəbəsində yaşayır. O, yolunun uzaqlığına baxmayaraq, kiminsə köməkliyi olmadan redaksiyamıza da gəlib çıxdı. Onun həyat hekayətini eşidib sizə də çatdırmaq istədik.

Deyir ki, evi olmadığı üçün evlənə bilmir, qardaş, ata-ana himayəsində yaşayır. 40 yaşına çatan İlham ona verilən yataqxanada köməksiz qala bilmir, ümidi isə yalnız təqaüdədir.

«-Bəs təqaüdlə dolana bilirsinizmi?
- İndi təqaüdlə dolanmaq olar? Qardaşımın himayəsindəyəm».

Nimdaş, köhnə olduğu o dəqiqə bilinsə də, geyim-kecimindən bir təmizlik yağır. Dolanışığı yaxşı deyil, amma söhbətimiz boyu bir dəfə də olsun, şikayət etmədi. Ev növbəsinə durub. Amma nə vaxt ev sahibi olacaq, bax, buna ümidi yoxdur. Çörək pulu qazanmaq üçün bir sənət yiyəsidir - musiqiçidir. Bir müddət Bakı-Sumqayıt yolunda kafelərdə işləyib:

«Qarmon çalırdım. Bəzən müştərilər yaxşı hörmət edirdilər. Dolanırdım. Amma kafeləri bağladılar. Mən də qaldım işsiz. Bəlkə də evim olsaydı, dərs verərdim».

Anadangəlmə və ya sonradan əlil olmuş, mənzilə ehtiyacı olan insanların ev probleminin həlli varmı? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məsləhətçisi Rəhim Babayev deyir ki, Qarabağ döyüşlərində əlil olmuş və qanunla şəhid ailəsi statusu daşıyan şəxslərin ev problemi önə çəkilir. Amma 2008-2011-ci illəri əhatə edən Dövlət proqramında digər əlil qrupların da ev məsələsinin həlli nəzərdə tutulub.

40 yaşlarında olan, gözdən əlil İlham Mirzəyevin isə ən böyük arzusu bir ocaq yiyəsi olmaqdı: «Evim olsaydı, evlənərdim. Könlüm tutan biriylə bir ocaq qurardım…»

«Azadlıq» radiosunun «Qaynar xətt»inə şikayətlərinizi bildirmək üçün hər gün 436 77 41 nömrəli telefona zəng edə bilərsiniz.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG