Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:56

Milli Məclisin yaz sessiyasından nə gözlənilir?


Fevralın 2-də Milli Məclis yaz sessiyasına başlayacaq
Fevralın 2-də Milli Məclis yaz sessiyasına başlayacaq
Fevralın 2-də Milli Məclis yaz sessiyasına başlayacaq. Parlamentin icra aparatı isə artıq deputatların sessiya ərzində müzakirə edəcək qanun layihələrinin siyahısını hazırlayıb. Ötən sessiyada Milli Məclisin müzakirəsinə verilən, ictimaiyyətdə də diqqət çəkən «Təhsil haqqında» qanunun bu sessiyada qəbul olunacağı gözlənir. Bundan başqa Tikinti, Rəqabət, Mənzil məcəllələri də ictimaiyyətin diqqətində olan qanun layihələridir.

Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Mehman Qayıbov:

«Deputatların gündəliyində Şəhərsalma Məcəlləsi, Reproduktiv və Ailə Planlaşdırılması, Könüllülük fəaliyyəti, Arıçılıq, Pambıqçılıq haqqında qanun layihələri də var».

Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Nazim Məmmədov deyir ki, o, hələ sessiyanın gündəliyilə tanış deyil, amma hansı layihələri müzakirə edəcəklərini təxmini bilir. Nazim Məmmədov bu sessiyadan məhsuldarlıq gözləyir, deyir ki, bəzi qanunlara özü də əlavə və dəyişikliklər təklif etmək niyyətindədir:
«Milli Bank haqqında» qanuna dəyişikliyə ehtiyac var. Onun banklara kredit verilməsində səlahiyyətləri artırılmalıdır. «Satınalmalarla bağlı qanun»unda dəyişikliyə ehtiyac var çünki, şəffaflıq qorunmur».

Bəs vətəndaşlar Milli Məclisin işindən nə gözləyirlər? Rəyini öyrəndiyimiz Bakı sakinləri belə fikirləşirlər:
«-Heç maraqlanmıram;
- «Təhsil haqqında» qanunda aztəminatlı ailələrin uşaqlarına pulsuz təhsil imkanları yaradılsın;
- «Təhsil haqqında» qanunda göstərilsin ki, ali məktəblərdə rüşvət olmasın;
- Parlamentin qəbul etdiyi qanunlara ehtiyacım yoxdur. Bir-iki qanundan başqa heç birindən istifadə etmirəm;
- Parlamentdəki müzakirələrdən xəbərim yoxdur…»

Ekspertlər parlamentdən hansı qərarları gözləyirlər? Hansı qanun layihələrinin müakirəsini və qəbulunu vacib sayırlar?

Hüquqşünas Erkin Qədirli hesab edir ki, qanun layihələri qanun xatirinə qəbul olunmamalıdır. O deyir ki, «Təhsil haqqında» qanun layihəsinin ictimaiyyətin maraqlarını əhatə etməklə qəbulunu gözləyirlər. Erkin Qədirlinin sözlərinə görə, Rəqabət Məcəlləsi geniş ictimaiyyətə bəlli olmasa da, ekspertlər dairəsi bunu ciddi müzakirə edir və qəbulunu gözləyirlər.
Həmsöhbətimiz deyir ki, ekspertlər Milli Məclisin yaz sessiyasında işini ciddi və tənqidi baxışlarla izləyəcəklər.
XS
SM
MD
LG