Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:06
Polis müxalifətçidən referendum üçün topladığı 750 imzanı heç bir sənəd təqdim etmədən müsadirə edib. Xəbəri «Azadlıq» radiosuna AXCP sədrinin müavini Həsən Kərimov verib
Onun sözlərinə görə, hadisə yanvarın 27-də axşam saatlarında Mingəçevirdə baş verib.
AXCP-nin Mingəçevir rayon şöbəsinin sədri Süleyman Kərimovun evinə gələn polislər ondan müxalifətin referendumla bağlı «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupunun yaradılması üçün topladığı imzaları heç bir sənəd təqdim etmədən müsadirə edib.

H.Kərimovun sözlərinə görə, analoji olay Tovuzda da baş verib. Rayonun icra nümayəndələri AXCP-nin yerli bölməsinin sədrinin topladığı imzaları zorla onun əlindən alıb, sonuncu imza atan adamı isə polis bölməsinə aparıblar.

Bakının Nizami rayonunda isə AXCP üzvü Ruslan Tanrıverdiyev imza toplayarkən tanımadığı iki şəxs ona fiziki təzyiq göstərib və topladığı imzaları əlindən alıb.

Analoji olaylar Şəki, Ağstafa, Qazax, Goranboy və Ağdamda da baş verib. Həsən Kərimovun sözlərinə görə, icra hakimiyyətlərinə müxalifətin imza toplamasını əngəlləmək üçün tapşırıq verilib.

AXCP sədrinin müavini bunu ölkədə insan haqlarına kobud müdaxilə sayır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovsa onlarda bu qanun pozuntuları ilə bağlı məlumat olmadığını deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG