Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:51

«Prokurorluqdakı rüşvət mexanizmi ifşa olundu»


Həbsdə olan sabiq müstəntiq Mahir Nağıyev respublikanın prokurorluq sistemində olan rüşvətxorluq faktlarından danışıb
Həbsdə olan sabiq müstəntiq Mahir Nağıyev respublikanın prokurorluq sistemində olan rüşvətxorluq faktlarından danışıb
«Yeni Müsavat»: Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevin işi üzrə məhkəmə prosesi keçirilir. M.Nağıyev vitse-spiker Ziyafət Əsgərovun xalası oğlu Yusif Allahyarovun və digərlərinin cinayət işini araşdırarkən rüşvət almaqda suçlu bilinərək 5 il həbs cəzası alıb.
Yanvarın 27-də keçirilən məhkəmə prosesində M.Nağıyev bir sıra açıqlamalar verib:

«Sizi and verirəm balalarınızın yediyi çörəyə, işimə ədalətli baxın. 2001-ci ildə Zakir Qaralov məni bir qəpiksiz Bakı Şəhər Prokurorluğuna «perevod» elədi. 7 il orada işləmişəm. Onun 3 ilini isə Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ezamiyyətdə olmuşam. Məni Allahyarovun işi üzrə istintaq qrupuna Hafiz Babayev dəvət etdi. O, dedi ki, bu iş Zakir Qaralovun, MTN-in nəzarətindədir. Hamı da bilirdi ki, Yusif Allahyarov Ziyafət Əsgərovun qohumudur. Onun həbsini Qaralov tapşırdı...»

«…Mən Allahı bir kənara qoyub Zakir Qaralova xidmət etmişəm. Bu günə kimi Qarabağ Əlillər Cəmiyyətinin işini, 2003-cü ildə olan iğtişaşları, Rəfael Allahverdiyevin, Eldəniz Lahıcovun və digərlərinin işini aparmışam. Bu işlərdə həbs olunan günahsız insanlardan üzr istəyirəm. Zalımın nökəri olan bir gün zalımın qəzəbinə tuş gəlməli idi və gəldi də».
«Bizim Yol» qəzeti Dövlət İqtisad Universitetində rüşvət qalmaqalı ilə bağlı yazı dərc edib. Qəzetdə Dövlət İqtisad Universitetinin müəllimi Abrek Hüseynovun adıçəkilən təhsil müəssisəsinin rəhbəri Şəmsəddin Hacıyevin ünvanına ittihamlarla dolu fikirləri dərc edib. Rektoru rüşvətxorluqda ittiham edən Abrek Hüseynov bildirir ki, 40 il adıçəkilən təhsil müəssisəsində çalışıb və ötən illər ərzində Şəmsəddin Hacıyev kimi rektor görməyib: «Universitetin rektoru Şəmsəddin Hacıyev qabağına çıxanın pulunu alıb, gətirib bu universitetdə müəllim eləyib. O İqtisad Universitetini rüşvətxorluq yuvasına çevirib».

Universitetin rektoru Şəmsəddin Hacıyev isə barəsində səslənən ittihamlara cavab verib. Rektorun sözlərinə görə, Abrek Hüseynovun işi ona ləkə yaxmaqdan ibarətdir: «O yaşlı adamdır və yəqin ağlı başından çıxıb. Onun mənimlə ədavət aparmasının səbəbi isə könlündən kafedra müdiri olmaq keçməsidir. Təsəvvür edin ki, Abrek Hüseynov 1966-cı ildən kafedra müdiri olmaq uğurunda mübarizə aparır. Hər dəfə də 2-3 səs alır».

«Yeni Azərbaycan» yazır ki, «Azərbaycan qaz ehtiyatlarının çoxşəbəkəli marşrutlar sisteminə qoşulmaqla ixracına üstünlük verir». «Bir çoxlarının «Nabucco» olmasa qazın Avropaya nəqli baş tutmayacaq» kimi fikirləri isə əsassız arqumentlərdən başqa bir şey deyil. Amma bununla belə, Azərbaycan yanacaq ixracı üçün 4 qaz marşrutu olsa belə, ölkəmiz «Nabucco»da təmsil olunmaq niyyətlərini gizlətmir».

«Azərbaycan»: «Hökumətin iqtisadi siyasətində regionların inkişafı mühüm yer tutur». Akademik Asəf Nadirov bu başlıqlı məqaləsində yazır ki: «Regionların inkişafı nöqteyi-nəzərindən çox əlamətdar bir məqamı da qeyd etmək lazımdır: indi milli sahibkarlar taleyüklü iri quruculuq layihələrinin gerçəkləşməsində böyük imkanlara malikdirlər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG