Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

«Bağırov ora idmançı kimi yox, nazir kimi getməliydi…»


Bir nəfərin iştirakı təxminən 17 min manata başa gəlir. Ekspedisiyanın xərclərinin 70 faizini Qlobal Ekoloji Fond verir
Bir nəfərin iştirakı təxminən 17 min manata başa gəlir. Ekspedisiyanın xərclərinin 70 faizini Qlobal Ekoloji Fond verir
Bu həftə Azərbaycan-Antarktida ekspedisiya qrupu cənub qütbünə çatıb. Ekspedisiya qrupuna Ekologiya və Təbii Sərvətlər naziri başçılıq edir. Amma Hüseynqulu Bağırov ekspedisiyaya nazir kimi yox, Hava və Ekstremal İdman Federasiyasının prezidenti kimi başçılıq edir.

Bu haqda Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına deyib:

«İlk növbədə məni maraqlandıran odur ki, nəyə görə Hüseynqulu Bağırov Ekologiya və Təbii Sərvətlər naziri kimi yox, idman federasiyasının rəhbəri kimi gedir. Məgər idman oyunlarını gələcəkdə Antarktidada keçirəcək? Məgər bunun üçün oranın iqlimini öyrənir? Ümidvaram ki, nazir burdan alim də aparıb».

Telman Zeynalova görə, nazirin Antarktidaya idman qurumunun rəhbəri kimi yollanması vətəndaşlarda müəyyən şübhələrə yol açır.
Bununla belə, ekoloq bu səfərin Azərbaycan üçün fayda gətirməsinə inanmaq istəyir:

«Azərbaycan elmi məhvə gedir. Əgər Hüseynqulu Bağırov gedibsə, elmi inkişaf etdirmək istəyir. Getmək və öyrənmək lazımdır. Qlobal istiləşməni, iqlim dəyişmələrini öyrənə bilmək üçün bu faydalıdır…Mən fəxr edirəm ki, Antarktidaya sancılan 24 bayraqdan biri Azərbaycanındır, mən bunu alqışlayıram…»

Telman Zeynalov etiraf edir ki, özü də həmin səfərə qatılmaq istəyib. Amma bir nəfərin iştirakı təxminən 17 min manata başa gəldiyi üçün bu arzunu reallaşdıra bilməyib. Onun məlumatına görə, ekspedisiyanın xərclərinin 70 faizini Qlobal Ekoloji Fond verir.
XS
SM
MD
LG