Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

«Yeni Azərbaycan»: «Azərbaycan Avropanın qaz bazarına çıxmağa hazırlaşır»


«Üç nöqtə» qəzetindəki «Quş qripi» təhlükəsi sovuşur» başlıqlı məqalədə bildirilir ki, Londona göndərilən 43 analizin nəticələri yaxın günlərdə bəlli olacaq. Müəllif yazır ki, «quş qripi» virusunun sönmə faktı aşkar edilsə də, aidiyyatı qurumlar işlərini davam etdirirlər. Respublika Baytarlıq Laboratoriyasında 3463 ev, 998 çöl quşu və digər 3 heyvandan götürülən nümunələrdən əldə edilən analizlərdə diaqnostik müayinələr həyata keçirilib. Məlumata əsasən, müayinələr zamanı 14 ev, 20 çöl quşunda və bir itdə virusun ayrı-ayrı növləri aşkar edilib. Dövlət Baytarlıq Xidməti Xəzər dənizinin sahillərinin dezinfeksiyasını da başa çatdırıb. Hazırda müxtəlif bölgələrdə yoxlamalar davam etdirilir.

Azərbaycan yaxın illərdə Avropa bazarlarına təbii qaz ixrac edən ölkə kimi regionda öz mövqeyini möhkəmləndirməyə nail olacaq. Artıq Avropa Azərbaycansız qaz bazarını təsəvvür etmir. «Yeni Azərbaycan» qəzetindəki «Azərbaycan Avropanın qaz bazarına çıxmağa hazırlaşır» başlıqlı məqalədə belə yazılır. Müəllif bildirir ki, Vaşinqtonun Elmi-Araşdırmalar Mərkəzində keçirilən görüşdə Xarici İşlər naziri Elmar Məmmədyarov bəyan edib ki, Avropada qaz bazarı uğrunda gedən gərgin mübarizədə Azərbaycanın təbii ehtiyatlarının Qərb bazarlarına ixracı üzərində xüsusi müzakirələr açılıb. Xarici dövlətlər, xüsusilə də Qərb ölkələri Azərbaycandan keçən yeni qaz marşrutunun çəkilişini daha əlverişli və təhlükəsiz tranzit məkanı hesab edir.


«Azadlıq» qəzeti xəbər verir ki, «Yeni Fikir» Gənclər Təşkilatının rəhbəri Ruslan Bəşirlinin vəkili Osman Kazımov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə etiraz məktubu göndərib. Sənəddə deyilir ki, məhkəmənin hazırlıq iclasında prosesin qapalı keçirilməsinə dair qəbul edilən qərar Konstitusiyanın 127-ci maddəsinin 5-ci bəndinə, Cinayət Məcəlləsinin 27-ci maddəsinə, İnsan Hüquqları və Əsas Azadlıqlarına dair Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə ziddir və bu qərar məhkəmənin cinayət təqibində birbaşa qərəzliliyinə dəlalət edir. Osman Kazımov məhkəmənin işin birtərəfli və qərəzli aparılmasında maraqlı olduğunu iddia edir. Vəkil məktubunda məhkəmənin tam tərkibinə etiraz etdiyini bildirir.


XS
SM
MD
LG