Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47

İranda – Qərbi Azərbaycanda separatçı kürd fəalları tutulub

  • Abbas Cavadi

Etnik iğtişaşlar törətməkdə təqsirləndirilən qrupun rəhbərinin də tutulanlar arasında olduğu bildirilir


İranın rəsmi "İrNA" agentliyi ölkənin polis təşkilatından General Hüseyn Xudakərəmiyə istinadən xəbər verir ki, müxalifətçi kürd qrupunun yeddi üzvü Qərbi Azərbaycan əyalətində tutulub. Məlumata görə, etnik-milli iğtişaşlar törətməkdə təqsirləndirilən qrupun rəhbəri də tutulanlar arasındadır.


"Human Rights Watch" təşkilatının məlumatına görə, keçən yaydan bəri kürdlərin də yaşadığı bəzi Qərbi Azərbaycan şəhərlərində baş verən toqquşmalarda azı 17 nəfər həlak olub, yüzlərlə adam yaralanıb və ya həbs olunub. Təhlükəsizlik qüvvələri də tələfat verib.


XS
SM
MD
LG