Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:19

«Canon» şirkəti işçilərini uşaq doğmağa sövq edir


Yaponiyada hər 3 ailəyə cəmi 4 uşaq düşür

Yaponiyada hər 3 ailəyə cəmi 4 uşaq düşür

Həftədə 2 dəfə axşam saat 5:30 olan kimi «Canon» şirkətində hamı axışır evə. Məşhur italyan filmi Fantotsidə olduğu kimi.
12 saatlıq işi günü Yaponiyada adi qaydadır. «Canon» şirkəti nəinki öz işçilərinin evə tez getməyinə icazə verir, hətta məcbur edir.

Öz fotoaparatları, optik texnikası ilə dünyada məşhur olan «Canon» bununla öz işçilərini artıb-çoxalmağa sövq edir.

Yaponiya görünməmiş iqtisadi böhranın hələ ortasındadır. Ancaq ölkədə bundan da çox sosial böhrandan - təbii artımın dayanmasından, əhalinin azalmasından narahatdır.

Yaponiyada hər 3 ailəyə cəmi 4 uşaq düşür. Halbuki əhalini indiki sayda saxlamaq üçün hər ailənin 2 uşağı olmalıdır.

Soruşa bilərlər ki, iş gününün uzunluğunun əhalinin azalmasına nə dəxli? Ancaq hər şeyi dəqiqliklə hesablayan yaponlar uzun araşdırmalarla tapıblar ki, uşaqların azlığının bir əsas səbəbi 12 saatlıq iş günüdür.

Bundan sonra Yaponiyanın 1300 şirkətini birləşdirən ən böyük biznes qrupu Keidanren öz üzvləri olan şirkətlərə yazılı göstəriş verib ki, onlar işçilərini evə tez buraxsınlar. Özü də indi başlanan 5:30 proqramı bu yolda yalnız ilik addımdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG