Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:14

Şairə ölüm fitvası verən şəxs haqda heç bir istintaq aparılmır


Nardaranda keçirilən aksiyada xalq şairi Sabir Rüstəmxanlıya ölüm fitvası verən Nardaran kənd sakini Hacı Əli Hüseynov haqda heç bir istintaq hərəkəti aparılmır. Bu sözləri «Azadlıq» radiosuna Nardaran kənd sakini Hacı Natiq Kərimov verib.
Onun sözlərinə görə, yanvarın 24-də saxlanan Hacı Əli Hüseynov Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanır.

Yanvarın 27-də Nardaran kənd ağsaqqalları Sabunçu rayon prokuroru ilə görüşüblər. Onlar Sabir Rüstəmxanlı ilə kənd ağsaqqalları arasında razılaşma əldə olunduğundan Hacı Əlinin azadlığa buraxılmasını xahiş ediblər.
XS
SM
MD
LG