Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:08

«Sığorta və turizm şirkətləri can verir»


Maliyyə böhranı Azərbaycanın sığorta və turizm şirkətlərinin fəaliyyətinə ciddi təsir göstərib

Maliyyə böhranı Azərbaycanın sığorta və turizm şirkətlərinin fəaliyyətinə ciddi təsir göstərib

«Bizim Yol» sığorta və turizm şirkətləri arasında sorğu keçirib, dünya iqtisadi böhranının onlara nə dərəcədə təsir etidiyini aydınlaşdırmağa çalışır. Beynəlxalq Sığorta Şirkətinin satış və marketinq departamentinin direktoru Elşad Əliyev deyir ki: «Maliyyə böhranı o sığorta şirkətlərinə təsir göstərir ki, onlar bank kreditlərinə çox bağlıdır».

«Bank-İslam» sığorta şirkətindən isə bildiriblər ki, «böhran Azərbaycanın bütün iqtisadi sahələrinə təsir edir… Bu tək bizdə deyil, bütün sığorta şirkətlərinə aiddir. Məsələn, adını çəkmək istəmədiyim şirkətlərdən biri əvvəllər ilk ayda 2 milyon manatdan çox pul toplamasına baxmayaraq, bu ilin ilk dövrü üçün heç 200 min yığa bilməyib». «MBask»dan isə bildiriblər ki, onlarda avtomobil sığortası üzrə 40-50 faiz azalma müşahidə olunur. «Caspian» turizm agentliyindən qəzetə bildiriblər ki, maliyyə böhranı onlara çox ciddi təsir edib. Belə ki sifarişlər 80 faizə qədər azalıb. Bəzi şirkətlər isə Avropa ölkələrindən gələn turistlərin sayında kəskin azalmanın olduğunu deyirlər.
«Yeni Müsavat»: «AŞ PA deputatları bu dəfə Gürcüstan və Rusiyadan, bir də Ukraynadan danışacaqlar. Azərbaycan haqqında danışsa-danışsa, təkcə Andreas Herkel danışacaq. Hər halda, Avropanın sonuncu vicdanlı parlamentarlarından olan Herkel belə bir vəd verib»-, Xalid Kazımlı «Avropanın arxa qapısı» başlıqlı köşə yazısında belə yazıb.
«…Əslində söhbət insan haqlarının durumundan gedirsə, AŞ PA ölkəmizdəki vəziyyətə dair məruzəyə öz gündəliyində yer verməli idi. Ən azı, assambleya öz köhnə qətnamə və tövsiyələrinə yenidən qayıtmalı və yoxlamalıydı ki, ötən il rəsmi Bakıya göndərilmiş tövsiyələr nə dərəcədə saya salınıb».

«Yeni Azərbaycan» yazır ki, «Cənubi Qafqazda sabitlik və əməkdaşlıq münaqişələrin həllinə bağlıdır». «… Türkiyənin mövcud iqtidarının xarici siyasət kursunun qısaca təhlili onu göstərir ki, Ankara yaxın ətrafında baş verənlərdən özünü təcrid etməmək üçün bu və ya digər formada cərəyan edən olaylarda yer almaq istəyir».
«Azadlıq» yazır ki, «Aqil Xəlil Fransada tələbə olub». «Hazırda Fransada yaşayan Aqil Xəlil Fransanın Sarbon universitetinin hazırlıq kursuna qəbul olunub. Təxminən yarmı il ərzində fransız dilini tam mənimsəyəndən sonra təhsilini həmin universitetin ya filologiya-jurnalistika, ya da sosiologiya fakültəsində davam etdirəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG