Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:31

Rusiya-ABŞ arasında gərginlik azalır


Ölkə başçıları yaxın zamanda görüşməklə bağlı da razılığa gəliblər

Ölkə başçıları yaxın zamanda görüşməklə bağlı da razılığa gəliblər

Rusiya və Amerika iki ölkə arasındakı gərgin münasibətləri yoluna qoymağa çalışacaqlar.
Dmitri Medvedev və Barak Obama bu barədə danışıblar. Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Dmitri Medvedev ABŞ prezidentinə zəng vurub, onu səlahiyyətlərinin icrasına başlaması ilə bağlı təbrik edib. Ölkə başçıları yaxın zamanda görüşməklə bağlı da razılığa gəliblər.

Amerika ilə Rusiya arasındakı münasibətlər keçmiş prezident Corc Buşun dövründə Kremlin Ağ Evin siyasətini tənqid etməsi və ötən il Rusiya ilə Gürcüstan arasındakı münaqişədən sonra gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG