Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:36

Müxalifətçi Baş nazirin müavini oldu


Qırğızıstan prezidenti Qurbanbəy Bakiyev müxalifətçini ölkənin Baş nazirinin müavini təyin edib. 38 yaşlı Ömurbey Babanov 2007-ci ildə parlamentə müxalifətin Sosial Demokrat Partiyasından öz namizədliyini irəli sürmüşdü. O vaxtdan bəri Babanov siyasəti tərk etmiş biznesə qoşulmuşdu.
Prezident Bakiyev daha bir təyinatla isə Qırğızıstanın Çindəki keçmiş səfiri Kadırbəy Sarbayevi ölkənin Xarici İşlər naziri təyin edib.
Ötən həftə Bakiyev bir neçə dövlət rəsmisini işdən çıxarıb, ancaq səbəbini açıqlamayıb.
Ekspertlər hesab edirlər ki, ola bilsin Bakiyev prezident seçkisinə qədər öz komandasını gücləndirməyə çalışır.
XS
SM
MD
LG