Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:56

Bir qrup QHT Qarabağ münaqişəsinə aid faktları Beynəlxalq Məhkəməyə göndərmək istəyir


Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökumət Təşkilatı Dağlıq Qarabağ münaqişəsinə aid faktları özündə əks etdirən 85 cildlik arxiv sənədlərini Beynəlxalq Cinayət Məhkəməsinə göndərmək niyyətindədir.

Həmin QHT-lərdən birinin – Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov deyir ki, onların bu istiqamətdə apardıqları iş latviyalı jurnalist Tatyana Çaladzenin topladığı unikal sənədlərə əsaslanır. Bu sənədləri Assosiasiyanın üzvləri olan Qaçqınların Hüquqlarının Müdafiəsi Mərkəzi və Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi toplayıb:
«Tatyana Çaladze 1992-ci ildən Azərbaycandadır. O, müharibədə iştirak edib və sənədlər toplayıb. Həmin sənədlər o vaxt Azərbaycan Prokurorluğunun apardığı cinayət işləri, zərərçəkənlərin ifadələridir. 85 cildlik sənədlərdir. Beynəlxalq Məhkəməyə verilmək üçün onların elektron versiyası hazırlanır».

Cənab Əlibəyov deyir ki, Beynəlxalq Cinayət Məhkəməsinin üzvləri ötən həftə Bakıda olarkən sənədlərin bir hissəsini nəzərdən keçiriblər. Nümayəndələr bildiriblər ki, əgər həmin sənədlər bu quruma göndərilsə, onlara baxmağa hazırdırlar. Ancaq sənədlərin elektron versiyası təkcə Beynəlxalq Cinayət Məhkəməsinə yox, başqa nüfuzlu təşkilatlara da göndəriləcək.


Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin keçmiş üzvü Asim Mollazadə isə deyir ki, ictimai birliklərin bu sənədləri toplaması və Beynəlxalq Cinayət Məhkəməsinə göndərməsi beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından müsbət haldır. Ancaq Azərbaycan ərazisində baş vermiş cinayətlərə ilk növbədə ölkə məhkəmələri qiymət verməlidirlər.


Çünki həmin hərbi cinayətlərə ölkə daxilində hüquqi qiymət verilməsə, beynəlxalq tribunallara müraciət etmək mümkün olmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG