Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:41

«Akkord» 700 işçisini geri çağırdı


«Akkord» tikinti şirkəti məcburi məzuniyyətə göndərdiyi 700 işçini geri çağırıb. Bu barədə «Azadlıq» radiosuna «Akkord»un sözçüsü Afaq Quliyeva məlumat verib. O, deyir ki, əməkdaşlar bu gündən işə başlayırlar.
«Akkord» keçən ilin axırı 1500 nəfərə qədər işçisini məcburi məzuniyyətə göndərib. Şirkət bunu hava şəraitinin pis olması səbəbindən tikintini həyata keçirə bilməməsi ilə əsaslandırıb.

Afaq Quliyeva deyir ki, hava yaxşılaşdığından, yanvarın 16-da 500, yanvarın 26-da isə 700 nəfəri geri çağırıblar, yerdə qalanları da qısa vaxtda işə dəvət edəcəklər.
XS
SM
MD
LG