Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

Azərbaycandakı vəziyyət AŞPA-da müzakirə oluna bilər


Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır

Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır

Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. Gündəlikdə Azərbaycanla bağlı məsələ yoxdur. Amma qurumun Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyir ki, o özü sessiyada Azərbaycanla bağlı məsələləri qaldırmaq niyyətindədir.
Cənab Herkel Konstitusiyaya dəyişikliklərlə bağlı martda keçiriləcək referendum, son günlər müxalifətçilərin saxlanması və nəhayət xarici radioların FM tezliyində yayımının dayandırılması məsələlərini qaldıracaq.

Politoloq İlqar Məmmədovsa «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına deyib ki, prinsipcə, AŞPA-nın Azərbaycanda baş verənlərə reaksiyası mənəvi baxımdan vacibdir. Amma Azərbaycan haqda söz deyilsə də, deyilməsə də bunun indiki məqamda faydası olmayacaq:

«Azərbaycan rəhbərliyi açıq-aşkar nümayiş etdirir ki, nə daxili, nə də beynəlxalq ictimai rəyi qəbul edir. Səbəb də aydındır, Azərbaycanın əlinə azacıq neft pulu düşüb. Bu üzdən də özünə arxayındır».
XS
SM
MD
LG