Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

Leyla Yunusun məhkəməsi Yasamalda olacaq


Hakim vəsatəti təmin edib və prosesin Yasamal Rayon Məhkəməsində davam etdirilməsi barədə qərar çıxarıb

Hakim vəsatəti təmin edib və prosesin Yasamal Rayon Məhkəməsində davam etdirilməsi barədə qərar çıxarıb

Hüquq müdafiəçisi Leyla Yunusun işinə Yasamal Rayon məhkəməsi baxacaq. Bu barədə yanvarın 26-da Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

Bundan əvvəlki hazırlıq iclasında vəkil İsaxan Aşurov vəsatət qaldıraraq bildirib ki, iddia ərizəsində Leyla Yunusun yaşadığı və qeydiyyat ünvanı səhv göstərilib.

Hakim vəsatəti təmin edib və prosesin Yasamal Rayon Məhkəməsində davam etdirilməsi barədə qərar çıxarıb.

Daxili İşlər naziri Ramil Usubov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu «day.az» saytına müsahibəsində Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu dediyinə görə məhkəməyə verib.

Nazir məlumatın təkzibini və Leyla Yunusun 100 min manat cərimə edilməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG