Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

Rusiya ilə NATO arasında buzlar əriyir


Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin deyir ki, Rusiya ilə NATO arasında buzlar əriyir

Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin deyir ki, Rusiya ilə NATO arasında buzlar əriyir

Bunu Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin deyib.
Rusiya ilə NATO şurası arasında danışıqlar bərpa olunub. Bu danışıqlar ötən ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra dayandırılmışdı.

Rusiya prezidenti Dmitri Medvedev bu arada deyib ki, Moskva Rusiya ərazisi də daxil olmaqla, Əfqanıstanın qeyri-hərbi avadanlıqlarla təchiz olunmasında Birləşmiş Ştatlar və onun müttəfiqlərinə yardım etməyə hazırdır.

Birləşmiş Ştatların Dövlət Departamenti Rusiyanın bu təklifini alqışlayıb və qeyd edib ki, yeni Amerika hökuməti Əfqanıstan məsələsində Rusiyayla əməkdaşlıq etmək istəyir.

Əfqanıstandakı beynəlxalq qüvvələri təchiz edən əsas yol Pakistandan keçdiyinə və vaxtaşırı hücumlara məruz qaldığına görə Birləşmiş Ştatlar alternativ tranzit yollar axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG