Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:02

İmza toplayanları 2 ay azadlıqdan məhrum etdilər


Mövsüm Əsgərov və Rövşən Sadıqovu polis yanvarın 21-də narkotik maddə saxlamaq ittihamı ilə həbs etmişdi

Mövsüm Əsgərov və Rövşən Sadıqovu polis yanvarın 21-də narkotik maddə saxlamaq ittihamı ilə həbs etmişdi

Sabirabadda «Qarabağ və Respublika Uğrunda» Təşviqat Qrupu üçün imza toplayan 2 nəfər barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə «Azadlıq» radiosuna AXCP Sabirabad təşkilatının sədri Səttar Şahlarov məlumat verib.

Mövsüm Əsgərov və Rövşən Sadıqovu polis yanvarın 21-də narkotik maddə saxlamaq ittihamı ilə həbs etmişdi.

S.Şahlarov deyir ki, referendum üçün imza toplayan daha bir neçə fəal üzvləri də təzyiqlərlə üzləşir.

«Qarabağ və Respublika Uğrunda» təşviqat qrupunu bir qrup müxalifət partiyası təsis edib. Qrup Konstitusiyaya təklif edilən dəyişikliklərin əleyhinə çıxır.

Qrup MSK-da qeydiyyata alınmaq üçün 40 min imza toplamalıdır.

Referendum martın 18-ə təyin olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG