Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:17

Qoşunlar İraqdan Əfqanıstana yollanır


Ceyms Konvey
«Amerikanın dəniz piyadaları İraqdan çıxıb Əfqanıstanda yerləşməyə hazırdır».

Bunu ABŞ Dəniz Piyadaları komandanı Ceyms Konvey deyib.

Jurnalistlərlə söhbət zamanı o qeyd edib ki, hazırda İraqda vəziyyət kifayət qədər sabitdir, bu isə təxminən 22 min qüvvənin İraqdan çıxarılmasına imkan verir. General deyib ki, bu qüvvələrin 20 minini Əfqanıstanda yaraqlılar və narkotiklə mübarizəyə yönəltmək istəyir.

Amerika komandanlığı yaxın 18 ayda Əfqanıstana əlavə 30 min qüvvə göndərməyi planlaşdırır.

Hazırda Əfqanıstanda 34 min Amerika əsgəri var.
XS
SM
MD
LG