Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

«Referendum Azərbaycanı respublikaçı dəyərlərdən uzaqlaşdırır»


«Bu referendum respublikaçılıq dəyərlərinə hücumun növbəti mərhələsidir».
Politoloq İlqar Məmmədov Gəncədə respublikaçılığın dəyərləri ilə bağlı keçirilən tədbirdə belə deyib:
«Bu referendum Azərbaycanda siyasi quruluşun dayaqlarını laxladır».
Gəncədə Respublikaçı Alternativ Birliyinin (REAL) konstitusion quruluş, respublikaçı dəyərlər və çağdaş bələdiyyə sistemi ilə bağlı müzakirələri birgə bəyanat verilməsi ilə başa çatıb.
Bəyanatda deyilir ki, 18 mart referendumu Azərbaycanı respublikaçı dəyərlərdən uzaqlaşdırır.
İlqar Məmmədov deyir ki, REAl-ın regionlarda planlaşdırdığı tədbirlərin referendum təşviqatı ilə əlaqəsi yoxdur.
Mərkəzi Seçki Komissiyası referendum təşviqatı aparmaq məqsədi daşıyan qrupların qeydiyyatdan keçməsini tələb edir. Bunun üçünsə təşəbbüs qruplarının 40 min imza toplaması lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG