Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:37

Əlixan Məlikov: «Qəzalar qazın tərkibinə görə deyil»


Son vaxtlar qaz sızmasından baş verən partlayışlar qazın tərkibinə görə deyil. «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətin sədri Əlixan Məlikov belə deyir.
Onun sözlərinə görə, son aylar Azərbaycanda məişət qazının sızması nəticəsində partlayış halları əhalinin ehtiyatsız olaraq təhlükəsizliyə və istismar qaydalarına riayət etməməsi üzündən baş verir:
«Hazırda «Azəriqaz» Respublika Prokurorluğunun təqdimatına uyğun olaraq, yerlərdə bu cür faktların qarşısının alınması sahəsində iş görür»-, deyə Məlikov bildirib.

Onun sözlərinə görə, evlərdə quraşdırılan İran istehsalı olan qaz sobalarının tüstü boruları evdən bayıra çıxarılmır. Yaxud metal borudan deyil, rezin borulardan istifadə olunur ki, bu da təhlükəyə yol açır.

Son vaxtlar qaz sızması nəticəsində paytaxtın çoxmərtəbəli yaşayış binalarında iki dəfə parlayış olub, ölənlər və xəsarət alanlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG