Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

Borcu olan əhaliyə xəbərdarlıq edilib


Ə.Məlikov: «Yanvarın 25-ə kimi borcu olan əhaliyə ödənişləri etməsə, qaz təchizatı fərdi qaydada kəsiləcək»

Ə.Məlikov: «Yanvarın 25-ə kimi borcu olan əhaliyə ödənişləri etməsə, qaz təchizatı fərdi qaydada kəsiləcək»

Azərbaycanda təbii qaz istifadəçiləri arasında yığım faizi cəmi 60 faizi təşkil edir.

Bunu «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətin (QSC) sədri Əlixan Məlikov deyib. Onun sözlərinə görə, əsasən regionlarda və Bakı ətrafı kəndlərdə ödəniş səviyyəsi aşağı olur. «Bu fərdi evlərdə qeyri-standart cihazlar quraşdırılması ödənişin düzgün yağılmamsına gətirib çıxardır. Əgər Bakıda və digər şəhərlərdə məbləğ 5-10 manat arasındadırsa, kənd yerlərində isə 25-35 manat vəsait hesablanır. Bu da ödənişə müəyyən çətinlik yaradır».

Əlixan Məlikov deyir ki, ayın 25-ə kimi borcu olan əhaliyə ödənişlərin edilməsi ilə bağlı xəbərdarlıq edilib. Əgər bu vaxta kimi ödənilməsə, əhalinin qaz təchizatı fərdi qaydada kəsiləcək.

«Azəriqaz»ın 1,2 mln. abonenti var.

Məlikov onu da bildirib ki, indidən sonra yığımın səviyyəsi aşağı olarsa rayonlarda qazın təzyiqi aşağı salınacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG